Leysan, dolu,   külək - Sabahın HAVA PROQNOZU
16 iyun 2023 12:40 (UTC +04:00)

Leysan, dolu, külək - Sabahın HAVA PROQNOZU

İyunun 17-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12381
avatar

Oxşar yazılar