Lalə Şövkətin ayaqları tutuldu
03 dekabr 2024 16:31 (UTC +04:00)

Lalə Şövkətin ayaqları tutuldu

“Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur”.

Lent.az xəbər verir ki, vu sözləri “Teleqraf.com”a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.

“Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa səhhəti daha da pisləşər”, - deyə o əlavə edib.

Sidqi Şövkət anasının kənar yardım olmadan sərbəst hərəkət edə bilmədiyini bildirib: “Səhhətinə görə mütləq ona kənardan kömək edilir ki, o, ev şəraitində gəzə bilsin”.

Qeyd edək ki, Lalə Şövkətin 73 yaşı var. O, 1993-1994-cü illərdə Azərbaycanın dövlət katibi olub. İstefa verdikdən sonra Liberal Partiyasını yaradıb.

Xatırladaq ki, Azərbaycan Liberal Partiyası 2023-cü ildə fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6197

Oxşar yazılar

Qeyri-sabit hava nə vaxtadək  davam edəcək? - RƏSMİ

Qeyri-sabit hava nə vaxtadək davam edəcək? - RƏSMİ

3 iyun 2025 , 10:12
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA

Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA

3 iyun 2025 , 10:09
Qurbanlıq alarkən diqqətli olun: Ölümcül  xəstəlik riski

Qurbanlıq alarkən diqqətli olun: Ölümcül xəstəlik riski

3 iyun 2025 , 09:50
Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı  olacaq

Altı BÜRC üçün iyun ilin ən xoşbəxt ayı olacaq

3 iyun 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 iyun 2025 , 08:24
Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na  düşəcək

Beş BÜRC iyun ayında Kainatın "Qara siyahısı"na düşəcək

3 iyun 2025 , 00:02
"Azercell"dən TARİF AÇIQLAMASI

"Azercell"dən TARİF AÇIQLAMASI

2 iyun 2025 , 23:27
Sosial şəbəkələrin  gizli faydası AÇIQLANDI

Sosial şəbəkələrin gizli faydası AÇIQLANDI

2 iyun 2025 , 19:46