Kondisoneri partlayan avtobus texniki baxışdan keçirilməyibmiş? – RƏSMİ AÇIQLAMA
15 dekabr 2023 14:08 (UTC +04:00)

Kondisoneri partlayan avtobus texniki baxışdan keçirilməyibmiş? – RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi bu gün "BakuBus" MMC-yə məxsus olan 6 saylı xətt üzrə hərəkət edən avtobusda kondisioner partlayıb və yanğın baş verib.

Maraqlıdır, görəsən, həmin avtobus xəttə çıxmadan öncə texniki baxışdan keçirilməmişdi?

Məsələ ilə bağlı Lent.az olaraq “BakuBus” MMC-yə müraciət etdik.

“BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Lent.az-a açıqlamasında bildirib ki, reqlamentlərə uyğun olaraq, parkımızda olan bütün avtobuslar 30 və 36 min km-dən sonra dövrü texniki baxışdan keçirilir.

Onun sözlərinə görə, bundan əlavə olaraq hər səhər avtobuslar xəttə çıxmadan öncə, axşam xətdən qayıtdıqdan sonra mexaniklər tərəfindən texniki baxışdan keçirilir:

“Analoji problem “BakuBus” avtobuslarında müşahidə edildikdən sonra bütün avtobusların bu sistemlərinin yenidən inspeksiyasının keçirilməsi ilə bağlı istehsalçı şirkətə tələb irəli sürülmüş və razılıq əldə olunub. Bu proses artıq 3 aydır gedir və yanvarın 1-nə kimi sonlandırılacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6156
avatar

Arzu Qurbanlı

Oxşar yazılar