İyulun 7-dəki qəbul imtahanları ilə bağlı abituriyentlərə MÜRACİƏT
30 iyun 2024 14:35 (UTC +04:00)

İyulun 7-dəki qəbul imtahanları ilə bağlı abituriyentlərə MÜRACİƏT

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 7-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək. İyulun 7-də I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni üzrə əlavə imtahan da keçiriləcək.

DİM-dən Lent.az-a verilən məlumata görə, abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2682
avatar

Oxşar yazılar

Sabah Bakıya yağış yağacaq  - HAVA PROQNOZU

Sabah Bakıya yağış yağacaq - HAVA PROQNOZU

2 iyul 2024 , 12:37
Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA

2 iyul 2024 , 10:55
Qadınlara hansı işlərdə çalışmaq qadağandır? - CAVAB

Qadınlara hansı işlərdə çalışmaq qadağandır? - CAVAB

2 iyul 2024 , 10:29
İyulun əvvəlində hansı bürclər şanslı olacaq?

İyulun əvvəlində hansı bürclər şanslı olacaq?

2 iyul 2024 , 09:09
İnsanlar niyə xəyanət edir? - Psixoloqdan maraqlı açıqlama

İnsanlar niyə xəyanət edir? - Psixoloqdan maraqlı açıqlama

1 iyul 2024 , 22:24
Yayın ortasında qar sürprizi

Yayın ortasında qar sürprizi

1 iyul 2024 , 21:46
Emin Əmrullayev onu işdən çıxardı

Emin Əmrullayev onu işdən çıxardı

1 iyul 2024 , 17:36
"Nar"ın İctimaiyyətlə Əlaqələr departamentinə direktor təyin olundu

"Nar"ın İctimaiyyətlə Əlaqələr departamentinə direktor təyin olundu

1 iyul 2024 , 17:11