İspaniyada pomidor döyüşləri  belə keçdi - FOTOLENT
28 avqust 2024 23:36 (UTC +04:00)

İspaniyada pomidor döyüşləri belə keçdi - FOTOLENT

İspaniyanın kiçik Bunol şəhərində hər il avqustun axır çərşənbəsində möhtəşəm pomidor döyüşü, “La Tomatina” keçirilir.

Lent.az xəbər verir ki, festival zamanı bir saat ərzində turistlər və yerli əhali bir-birinin üstünə pomidor atır.

Qeyd edək ki, bu pomidorlar İspaniyada xüsusilə bayram üçün yetişdirilir; ucuzdur və yemək üçün yararsızdır.

Qaydalara görə, pomidoru atmazdan əvvəl başqalarına zərər verməməsi üçün onu əzmək lazımdır.

Döyüşdən sonra hamı şlanqlarla yuyulur və küçələrin təmizlənməsinə kömək edir. Pomidor suyu heç bir şəkildə dəyən adama zərər vermir, əksinə, pomidorun tərkibindəki turşu səthləri dezinfeksiya edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1944
avatar

Oxşar yazılar