İnsan ömrünün uzunluğu  azalmağa başlayıb   - Üç səbəbi AÇIQLANDI
06 mart 2025 10:45 (UTC +04:00)

İnsan ömrünün uzunluğu azalmağa başlayıb - Üç səbəbi AÇIQLANDI

2011-ci ildən bəri Avropada gözlənilən ömür uzunluğunun artım tempi nəzərəçarpacaq dərəcədə azalıb. 

Lent.az xarici KİV-ə istinadlabildirir ki, Şərqi İngiltərə Universitetində aparılan araşdırmaya görə, bu fenomenin əsas səbəbləri pis qidalanma, fiziki fəaliyyətin olmaması, piylənmə və COVID-19 pandemiyasının təsiri hesab olunur.

Alimlər narahatdırlar ki, səhiyyə sahəsində irəliləyişlərə baxmayaraq, indi bir çox insanlar daha tez ölmək riski ilə üzləşirlər.

"20-ci əsrdə tibbi və səhiyyə sahəsində irəliləyişlər sayəsində Avropada gözlənilən ömür uzunluğu ildən-ilə artıb, lakin indi bu dayanıb", - UEA-nın Norviç Tibb Məktəbindən professor Nik Stil deyib.

1990-cı ildən 2011-ci ilə qədər Avropada ürək-damar xəstəliklərindən ölüm halları davamlı olaraq azalıb və bu, gözlənilən ömür uzunluğunun artmasına səbəb olub. Bununla belə, əksər Avropa ölkələrində piylənmə, hipertoniya və yüksək xolesterin kimi risk faktorları ya artdığına, ya da yaxşılaşmasını dayandırdığına görə, 2011-ci ildən 2019-cu ilə qədər yaxşılaşma tempi yavaşlayıb.

"2011 və 2019-cu illər arasında gözlənilən ömür artımının azalmasının əsas səbəbi ürək-damar xəstəliklərindən ölüm idi və COVID-19 pandemiyası 2019-2021-ci illər arasında gözlənilən ömür uzunluğunun azalmasında böyük rol oynayıb", - Stil vurğulayıb.

Araşdırmalar göstərib ki, hipertoniya və yüksək xolesterol üçün təkmilləşdirilmiş müalicə qeyri-sağlam həyat tərzinin təsirlərini kompensasiya etmir.

Hökumətlər qətiyyətli addımlar atmasa, insanların daha gənc yaşlarda ölməyə başlayacağı qorxusu var.

Tədqiq olunan 19 Avropa ölkəsindən İngiltərə 2011-ci ildən bəri gözlənilən ömür artımında ən böyük azalma göstərib ki, bu da Böyük Britaniyanın digər bölgələrində də müşahidə olunur. Eyni zamanda, Norveç, İslandiya, İsveç, Danimarka və Belçika daha müsbət nəticələr göstərib.

"Uzun müddətli əhalinin sağlamlığını yaxşılaşdırmaq üçün piylənmə, pis qidalanma və aşağı fiziki fəaliyyət kimi əsas risk faktorları ilə mübarizə aparmaq üçün daha güclü dövlət siyasətlərinə ehtiyac var", - Stil söyləyib.

Araşdırma eyni zamanda, gözlənilən ömür artımının hələ də mümkün olduğunu vurğulayıb. “Bir sıra ölkələrdə yaşlı insanların orta ömür uzunluğu artmaqda davam edir ki, bu da bizim hələ uzunömürlülük həddinə çatmadığımızı göstərir”, - alim əlavə edib.

Gənclər arasında erkən ölüm hallarının qarşısını almaq üçün qidalanmanın, fiziki aktivliyin yaxşılaşdırılması və piylənmə ilə mübarizəni əhatə edən ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi vacibdir. Əks halda, Avropanın yeni nəsilləri sələflərindən daha qısa ömür sürə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751

Oxşar yazılar