İLAXIR ÇƏRŞƏNBƏ  niyə digərlərindən daha önəmlidir? - VİDEO
15 mart 2022 20:42 (UTC +04:00)

İLAXIR ÇƏRŞƏNBƏ niyə digərlərindən daha önəmlidir? - VİDEO

Bu gün novruz çərşənbələrinin sonuncusu-ilaxır, torpaq çərşənbəsidir. Ta qədimdən bu çərşənbə xüsusi qeyd olunur. Bütün evlərdə bayram süfrəsi açılır, həyətlərdə tonqal qalanır. Baharın gəlişi də məhz bu çərşənbədən yəni, ilaxır çərşənbəsindən təbiətin oyanması ilə özünü büruzə verir.

Su çərşənbəsində əriyən buzların islatdığı, od çərşənbəsində Günəşin isitdiyi torpaq ilaxır çərşənbədə əkilər, becərilər. Qadınlar evləri təmizləyib, səliqə yaradırlar. Necə deyərlər yeni ilə, yeni mövsümə təmiz girərlər.

Adətə görə, ilaxır çərşənbə və bayram axşamı sürfələrdə mütləq bayram aşı olar. Aş, plov deyəndə isə ilk ağla gələn Ağdam plovu olur.

Ağdamın Mərzili kəndindən köçkün düşdükdən sonra rayonun otlaq sahəsi hesab olunan Ergi düzündə məskunlaşan Behbudovlar ailəsində bayram əhval-ruhiyyəsi artıq başlayıb. Hazırda həyat yoldaşı, oğlu, gəlini və 3 nəvəsi ilə yaşayan Səidə xanım axşama plov dəmləyir. Deyir ki, rəhmətlik qayınanamdan öyrəndiyim nə varsa gəlinimə də öyrədirəm.

Səidə xanım deyir ki, dəmlədiyi düyünün ədviyyatı bir az fərqlidir.

Artıq düyünün dəmə qoyulma vaxtıdır. Səidə xanım deyir ki, düyünü dəmləyəndə də qayınanasından öyrəndiyi qədim üsulu tətbiq edir.

Aş dəmə qoyuldu. Çərşənbə tonqalını yandırmağın vaxtı çatdı. Ailə üzvləri gündüzdən həyət-bacadan təmizlədiyi qurumuş ağac budaqlarına, xəzələ od vurub yandıracaq və üzərindən atlayacaqlar.

Novruzun son çərşənbəsinin süfrəsi hazırdır. Ailə bir süfrə başına toplaşıb bayramı qeyd edir. Çatdığınız tonqalınız xoş gələcəyə işıq saçsın.

Çərşənbəniz Mübarək!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2883

Oxşar yazılar