"Heydər Əliyev Azərbaycanın bu gününü görə bilirdi" - Baş prokuror
08 may 2024 10:20 (UTC +04:00)

"Heydər Əliyev Azərbaycanın bu gününü görə bilirdi" - Baş prokuror

"Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub".

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə əsasən, bunu Baş prokuror Kamran Əliyev Ümumilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü  ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ulu öndərin tək ölkə daxilində yox, ölkə xaricində də geniş fəaliyyəti olub:

“Ulu öndərin tək Azərbaycanda yox, keçmiş SSRİ ərazisində tarixi xidmətləri olub. SSRİ iqtisadiyyatının tənəzzül etdiyi bir dövrdə H.Əliyevin xidmətləri nəticəsində Baykal-Amur magistralının tikintisi başa çatdırıla bilindi.

Ulu öndər Heydər Əliyev Azərbaycanın bu gününü görə bilirdi”.

Baş prokurorun sözlərinə görə, Ulu öndərin Azərbaycanın torpaqlarının azad olunacağına əminliyi var idi:

“Bu gün Azərbaycanın əldə etdiyi uğurların, qələbələrin təməli ulu öndər tərəfindən həmin dövrlərdə atılmışdı. 

Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan qalib dövlətə çevrilib. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, apardığı məqsədyönlü siyasət və Şanlı Azərbaycan Ordusunun misilsiz şücaəti nəticəsində Qarabağın düşmən işğalından azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün bərpası Azərbaycan xalqının və dövlətinin həyatında yeni bir tarixi mərhələ başlandı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3477
avatar

Oxşar yazılar