Hərbi xidmətdə əlil olanlar prezident təqaüdü  necə ala bilər?
07 iyun 2024 14:09 (UTC +04:00)

Hərbi xidmətdə əlil olanlar prezident təqaüdü necə ala bilər?

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu hərbi xidmətdə əlil olanların prezident təqaüdü alması ilə bağlıdır. 

Maraqlıdır, görəsən, hərbi xidmətdə əlil olanlar prezident təqaüdü necə ala bilər?

Lent.az xəbər verir ki, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün alınması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?

Hazırda bu təqaüdün təyinatı proaktiv qaydada həyata keçirilir. Hər hansı səbəbdən təqaüd proaktiv qaydada təyin edilmədiyi təqdirdə əlilliyi müəyyən edilmiş şəxs xidməti həyata keçirən struktur bölmələr  - DOST mərkəzləri və Dövlət Sosial Müdafiə Fondunun yerli struktur bölmələrinə müraciət edə bilər.

Xidmət üzrə daxil olan müraciətlərin formaları:

-şəxsən;

-nümayəndə vasitəsi ilə etibarnamə və ya qəyyum (himayəçi) olmasını təsdiq edən sənədin surəti.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6075
avatar

Sevinc Fərid

Oxşar yazılar