Hərbi liseylərə qəbul imtahanı  keçirilib-YENİLƏNİB
21 iyul 2024 13:09 (UTC +04:00)

Hərbi liseylərə qəbul imtahanı keçirilib-YENİLƏNİB

21 iyul 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirilib.

DİM-dən Lent.az-a verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.

İmtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

İmtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 3-4 gün ərzində elan olunması nəzərdə tutulur.

 

***

saat 08.50

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı keçirir.

DİM-dən Lenrt.az-a bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunan imtahanda 1322 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanın idarə olunmasına 6 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 121 nəzarətçi və 10 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

-Şəxsiyyəti təsdiq edən sənədin əslini;

-İmtahana buraxılış vərəqəsini.

Şəxsiyyət vəsiqəsində şəkli olmayan abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa abituriyentin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar edilən abituriyentlər barədə akt tərtib olunacaq və onlar imtahan binasına buraxılmayacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5562

Oxşar yazılar

ADY qatarları yay qrafikinə  keçir

ADY qatarları yay qrafikinə keçir

8 iyul 2025 , 08:44
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

8 iyul 2025 , 08:22
Pul tezliklə çay kimi axacaq:  Şanslı BÜRCLƏR  kimlərdir?

Pul tezliklə çay kimi axacaq: Şanslı BÜRCLƏR kimlərdir?

8 iyul 2025 , 00:02
Gənc şair Həsən Kür vəfat etdi

Gənc şair Həsən Kür vəfat etdi

7 iyul 2025 , 23:53
Daha dörd avtobus zolağında minib-düşmə yerləri  yaradıldı

Daha dörd avtobus zolağında minib-düşmə yerləri yaradıldı

7 iyul 2025 , 18:41
Həftənin sonuna qədər xoş bir hədiyyə  alacaq 5 BÜRC

Həftənin sonuna qədər xoş bir hədiyyə alacaq 5 BÜRC

7 iyul 2025 , 18:35
Leysan yağacaq,  sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

7 iyul 2025 , 17:01
Sabah  çimərliklərdə hava   necə olacaq? - PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ

7 iyul 2025 , 15:54