Həkim jurnalistin və operatorun qəfil ölümündən DANIŞDI
20 iyun 2023 14:36 (UTC +04:00)

Həkim jurnalistin və operatorun qəfil ölümündən DANIŞDI

Bugünkü statistik reallıqlara baxanda nəinki ölkəmizdə, eləcə də dünyada ürək-damar sistemi xəstəliklərinin sayında xüsusi artım yoxdur.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ürək-damar cərrahı, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

O bildirib ki, ürək-damar xəstəlikləri say baxımından həmişə dünyada birinci yerdə olub, bu gün də elədir və ani ölümlərin bir nömrəli səbəblərindəndir: "Əfsus ki, insanlarımız KİV-də bu barədə gedən məlumatların sürətlə yayılmasına görə elə zənn edirlər ki, ürək-damar sistemi xəstəliklərinin sayında artım var. Lakin ürək-damar sistemi xəstəliklərinin sayında artım müşahidə edilmir, bu həmişə bir nömrəli problemlərdən olub".

Rəşad Mahmudov COVID-19 əleyhinə vurulan peyvəndlərin ürək-damar sistemi xəstəliklərini artırması ilə bağlı məqama aydınlıq gətirərkən isə bildirib ki, bununla bağlı sübut edilmiş heç bir məlumat yoxdur: "Bununla bağlı heç bir fakt olmadan belə bir fikrin yayılması peyvəndlərə qarşı əks təbliğata çevrilə bilər ki, bu da ürək-damar sistemi xəstəliklərindən daha ciddi problemlərin ortaya çıxmasına səbəb ola bilər.

Rəşad Mahmudov həmçinin bildirib ki, anidən vəfat edən jurnalist Zülfüqar Hüseynzadə və operator Tural Qasımovun peyvənd olunmamışdan əvvəl ürək-damar sistemində problem olub: "Zülfüqar Hüseynzadə peyvənd olunmamışdan əvvəl ürək problemi yaşayıb, həyati təhlükə yaşadığı zamansa ürəyinə stend qoyulub. O risk qrupunda olan şəxslərdən idi. Təəssüf ki, daha əvvəldən ürək probleminin olması və qəfil tutma zamanı gecə, dağ şəraitində yardım göstərilə bilinməməsi həyatını itirməsi ilə nəticələndi".

O bildirib ki, risk qrupunda olanların vaxtında həkimə müraciət etməsi önəmli olsa da, daha vacib olan qidalanma və həyat tərzinə fikir verməkdir: "Həyatımız get-gedə süniləşir. Özümüzü qorumaq üçün imkan daxilində təbii qidalara üstünlük verməyimiz və aktiv həyata meyilliliyimizi artırmalıyıq. Dövrümüzün bəlası olan internetin şərait yaratdığı informasiya yükü və hərəkətsiz həyat tərzindən bacardığımız qədər özümüzü müdafiə etməliyik. Gündəlik 5 km yerimək çox faydalıdır. Bu xərçəng xəstəliyindən qorunmaqda da bir nömrəli üsullardandır. Digər məqam isə təbii ki, zərərli vərdişlərdən uzaq olmaqdır".

# 2613
avatar

Oxşar yazılar

APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22
Bakının bu qəsəbəsi 2 gün susuz  qalacaq

Bakının bu qəsəbəsi 2 gün susuz qalacaq

28 may 2024 , 14:43
Azərbaycanda havalar dəyişir  - Xidmət rəisi AÇIQLADI

Azərbaycanda havalar dəyişir - Xidmət rəisi AÇIQLADI

28 may 2024 , 14:14
Sabah 33 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

28 may 2024 , 12:54
Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

Bakıda tozlu hava normadan çoxdur - Nə qədər belə davam edəcək?

28 may 2024 , 11:23
"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

"Nazim Bəydəmirli oğlumu girov götürdü" -ZƏRƏRÇƏKƏN

27 may 2024 , 21:22
3 məktəbin direktoru  İŞDƏN ÇIXARILDI

3 məktəbin direktoru İŞDƏN ÇIXARILDI

27 may 2024 , 18:57