Həbsxanadan qaçaraq 30 il başqa adla yaşayan pedofil saxlanıldı
22 iyul 2024 02:48 (UTC +04:00)

Həbsxanadan qaçaraq 30 il başqa adla yaşayan pedofil saxlanıldı

ABŞ-da 1994-cü ildə həbsxanadan qaçan pedofil saxlanılıb.

Lent.az xəbər verir ki, ABŞ-da həbsxanadan qaçaraq 30 il başqa adla gizlənən pedofiliyaya görə məhkum olunmuş cinayətkar saxlanılıb.

70 yaşlı Stiven Kreyq Conson iyulun 16-da Corciya ştatının Meykon şəhərində həbs edilib. 1994-cü ildə o, Oreqon ştatının Salem şəhərindəki islah müəssisəsindən qaçıb və o vaxtdan bəri onun harada olduğu barədə heç bir məlumat olmayıb

Cinayətkar Corciya ştatında Villiam Koks adı ilə yaşayıb. Müstəntiqlər bu adın 1962-ci ildə ölmüş bir oğlana aid olduğunu müəyyən ediblər. Conson 1995-ci ildə doğum haqqında şəhadətnamə və öz adına yeni Sosial Müdafiə kartı almağa müvəffəq olub. 1998-ci ildə cinayətkar həmin adla sürücülük vəsiqəsi də alıb.

Hazırda onun qaçaq olduğu dövrdə cinayətə bulaşıb-bulaşmadığı araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

Oxşar yazılar