Havanın temperaturu daha da yüksələcək  - RƏSMİ
05 iyun 2024 17:38 (UTC +04:00)

Havanın temperaturu daha da yüksələcək - RƏSMİ

Yaxın günlərdə havanın temperaturu bir qədər də yüksələcək

Lent.az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.

Onun sözlərinə görə, iyun ayı ölkəmizin qlobal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qaldığı periodlardan biridir. Bu təsir havanın temperaturunda daha çox hiss olunur.

O bildirib ki, son illər havanın temperaturunda bir qədər artım müşahidə olunur. Belə ki, son illər ən isti hava 2021-ci ilin iyununda qeydə alınıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib.

“Bu ilin iyun ayının ilk günlərində mülayim cənub küləklərinin, isti hava axınının təsiri ilə əlaqədar havanın temperaturu bir qədər yüksəlib. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 34, bölgələrdə isə 37 dərəcə isti qeydə alınıb”.

Xidmət rəisinin sözlərinə görə, yaxın günlərdə havanın temperaturunun bir qədər də yüksələcəyi, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 31-36, bəzi yerlərdə 38, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40, dağlıq rayonlarda 20-25, bəzi yerlərdə 28-30 dərəcə isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3273
avatar

Oxşar yazılar

Bu gecə Qaxa  dolu yağıb   - FAKTİKİ HAVA

Bu gecə Qaxa dolu yağıb - FAKTİKİ HAVA

14 iyun 2024 , 10:52
Bu il məzun olan şəhid övladları - SİYAHI

Bu il məzun olan şəhid övladları - SİYAHI

14 iyun 2024 , 10:05
Bakının 3 rayonu və Xudat qazsız qalacaq

Bakının 3 rayonu və Xudat qazsız qalacaq

14 iyun 2024 , 09:45
Bakıda bu yollarda sıxlıq var

Bakıda bu yollarda sıxlıq var

14 iyun 2024 , 08:35
Azərbaycanda “Son zəng”  qeyd edilir

Azərbaycanda “Son zəng” qeyd edilir

14 iyun 2024 , 08:00
İyunun 14-nün ULDUZ FALI:  Məhsuldar gün olacaq, əylənməyə vaxt ayırın

İyunun 14-nün ULDUZ FALI: Məhsuldar gün olacaq, əylənməyə vaxt ayırın

14 iyun 2024 , 00:01
Ermənilər Naxçıvanı atəşə tutdu

Ermənilər Naxçıvanı atəşə tutdu

13 iyun 2024 , 21:34
Sevindirici PROQNOZ:  Yerin havası tezliklə sərinləşəcək

Sevindirici PROQNOZ: Yerin havası tezliklə sərinləşəcək

13 iyun 2024 , 20:15