Hava kəskin dəyişir -  XƏBƏRDARLIQ
05 iyul 2021 13:56 (UTC +04:00)

Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

İyulun 7-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 7-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı gözlənilir. Bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı olunur.

# 19038
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar