Güclü yağışdan sonra yollar dağıldı, 15 kəndlə əlaqə kəsildi
28 iyul 2024 21:02 (UTC +04:00)

Güclü yağışdan sonra yollar dağıldı, 15 kəndlə əlaqə kəsildi

Dağıstanın dağlıq ərazilərində son günlər yağan leysandan sonra daşqın, sel və sürüşmə səbəbindən bir neçə yol bağlanıb. 15 kənd nəqliyyat əlaqəsi olmadan qalıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə region üzrə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

“Rutul rayonunda leysan yağışları nəticəsində Mikik və Cınıx qəsəbələri arasında yol örtüyünə palçıq yığılıb, 11 yaşayış məntəqəsi ilə yağıntılar səbəbilə əlaqə kəsilib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, şiddətli yağışlar Çıraqçay çayı üzərində Rıça kəndi yaxınlığındakı dəmir körpünün uçmasına səbəb olub. Nəticədə üç kəndlə əlaqə kəsilib. Bərpa işlərinə isə yalnız çayda suyun səviyyəsi azaldıqdan sonra başlanılacaq.

Yağışlar nəticəsində Gəlxen kəndi yaxınlığındakı yolun örtüyü də yuyularaq kəndi əlaqəsisiz qoyub. Bərpa işlərinin bazar ertəsi başlaması planlaşdırılır.

Tsuntinski rayonunda Hamaitli və Tlyatsuda qəsəbələri arasında yerləşən Kidero - Şauri - Aqvali yolu isə qaya uçması səbəbilə bağlanıb. Yaşayış məntəqələrinə Bejta hissəsindən dolama yol var.

Bundan əvvəl sinoptiklər iyulun 26-dan 28-dək Dağıstanda güclü yağış, leysan, tufan, dolu və küləyin sürətinin 23 m/s-ə çatacağını proqnozlaşdırmışdılar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3777
avatar

Oxşar yazılar