Güclü leysan,  dolu, sulu qar  - XƏBƏRDARLIQ
13 iyun 2025 13:08 (UTC +04:00)

Güclü leysan, dolu, sulu qar - XƏBƏRDARLIQ

İyunun 14-ü gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Lent.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildiirlib ki, ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19404

Oxşar yazılar