Gəncə-Bakı yolunu sel basdı, yol bağlandı -YENİLƏNİB
29 iyul 2024 10:47 (UTC +04:00)

Gəncə-Bakı yolunu sel basdı, yol bağlandı -YENİLƏNİB

 

Bakı-Gəncə magistralında körpünün altına sel suları yığıldığından sürücülər alternativ yoldan istifadə edirlər.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, alternativ yol kimi istifadə olunan üst yolda torpaq sürüşməsi baş verib və asfalt qatının bir hissəsi çöküb.

Yolun altından keçən suötürücüdən həddən artıq su keçməsi nəticəsində boru ilə asfalt qatı arasındakı torpaq yuyularaq aşınıb.

 

***

08:57

 

Gəncədə sel ciddi fəsadlar törədib.

Lent.az-ın məlumatına görə şəhərin çıxışında Gəncə Bakı yolunun Nizami məqbərəsində körpünün altına sel sulları dolub.

Nəticədə magistal yol tam bağlanıb, sürücülər alternativ yolla hərəkət edirlər.

Qeyd edək ki, qərb bölgəsində yağışlı hava davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2208
avatar

Oxşar yazılar