Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində daha 2 erməni hərbçisinin qalıqları aşkar edilib.
Lent.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Cəsədləri aşkar edilən erməni hərbiçilərinin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək.
Qeyd edək ki, bununla da işğaldan azad olunmuş ərazilərdə aparılan axtarış əməliyyatları zamanı ümumilikdə 1 618 erməni hərbçisinin cəsədi və ya qalıqları tapılaraq Ermənistana təhvil verilib.