Həkimlər heyvanlarla yatmağın fəsadlarını izah edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, elmi araşdırmalar ev heyvanları sahiblərinin emosional vəziyyətinə müsbət təsir göstərə biləcəyini müəyyən ediblər.
Ancaq ev heyvanlarınızla eyni yataqda yatmaq yuxunun pozulmasına və yuxusuzluğa səbəb olur. Ev heyvanları sahiblərinin yuxu keyfiyyəti ilə bağlı araşdırma aparan amerikalı alimlər müəyyən ediblər ki, itləri və ya pişikləri ilə yatanların gecə yarısı yuxudan oyanması halları daha çox olur.
Tədqiqatçılar yuxuda çətinlik çəkənlərə ev heyvanlarının yataq otağına girişini məhdudlaşdırmağı tövsiyə edib. Kiçik heyvanların özlərinə xəsarət yetirməmək üçün öz başlarına çarpayıya dırmaşması da təhlükəli ola bilər, ona görə də onlara yatmaq üçün ayrıca yer vermək daha yaxşıdır.
Həmçinin, gəzintidən sonra ev heyvanı birə daşıyıcısına çevrilə bilər. Bu, sahibi üçün problem yarada bilər.