"Nənələr" qrupunun üzvünün oğlu dron hücumunda  öldü
07 oktyabr 2026 11:52 (UTC +04:00)

"Nənələr" qrupunun üzvünün oğlu dron hücumunda öldü

1

Rusiya-Ukrayna müharibəsində həkim kimi iştirak edən lənkəranlı kişi dron hücumu zamanı öldürülüb.

Hərbi həkim 58 yaşlı Vahab Ramazan oğlu Quliyev bir neçə gün əvvəl Kupyansk istiqamətində gedən döyüşlər zamanı dron hücumu zamanı həlak olub.

Onun meyitinin Azərbaycana gətirilib, doğulduğu kənddə dəfn olunması üçün tədbirlər görülür.

Qeyd edək ki, rayonun Separadi kəndindən olan 58 yaşlı Vahab Ramazan oğlu Quliyev müharibə başlayandan bir il sonra, Ukrayna tərəfindən ixtisası üzrə fəaliyyət göstərmək üçün hərbi xidmətə çağırılıb.

Həmin müharibədə indiyədək iki dəfə yaralanıb. Bu xəsarətlərə görə müalicə olunub və yenidən döyüşlərə qatılıb.

Vahab Quliyev 1986-cı ildə Ukraynada Tibb İnstitutunun Əczaçılıq fakültəsinə daxil olub. 1993-1994-cü illərdə dissertasiya yazıb, Moskvada müdafiə edərək Tibb Elmləri namizədi adını alıb.

Onu da bildirək ki, Vahab Quliyev, məşhur "Nənələr" folklor qrupunun üzvü Xanımbacı Quliyevanın oğludur. O, 30 ilədən çox idi ki, Ukraynada yaşayırdı./ APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 608

Oxşar yazılar