Süd Yolu minlərlə kiçik qalaktikadan  yaranmış ola bilər
07 oktyabr 2026 22:36 (UTC +04:00)

Süd Yolu minlərlə kiçik qalaktikadan yaranmış ola bilər

0

 

Yeni superkompüter simulyasiyaları Süd Yolu qalaktikasının ilkin tarixinin düşünüldüyündən daha xaotik ola biləcəyini göstərib.

Lent.az xəbər verir ki, bu barədə Phys.org Çikaqo Universitetinə istinadən məlumat yayıb.

MEGATRON layihəsi çərçivəsində alimlər erkən kainatda qazın soyumasını, ulduzların yaranmasını və partlamasını modelləşdiriblər.

Nəticələrə görə, Süd Yolunun formalaşmasına gətirib çıxaran sistem əvvəlcə minlərlə kiçik qalaktika və ulduz yaranma bölgəsinin mürəkkəb birləşməsindən ibarət olmuş ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar