Ən az  pensiya verilən   5 ölkə - SİYAHI
28 may 2024 17:22 (UTC +04:00)

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

Ən aşağı pensiya alan ölkələrin siyahısı yayılıb. 

Lent.az xaricdə pensiya ödənişlərinin ən aşağı həddə harada olduğunu və bunun yaşlı insanların həyatına necə təsir göstərdiyini təqdim edir.

Ümumiyyətlə, qəbul edilir ki, pensiya təbii olaraq qəbul edilən və tamamilə zəruri olan bir şeydir. Ancaq hər ölkədə pensiya təminatı yoxdur. Və bəzi yerlərdə onlar olduqca əhəmiyyətsiz məbləşdədir.

Məsələn, Niger, Qana, Botsvana, Keniya və bir sıra digər Afrika ölkələrində kifayət qədər ərzaq, dərman və hətta şirin su olmadığı kimi, pensiyalar yoxdur və heç vaxt da olmayıb.

İndi görək bu gün iqtisadi cəhətdən inkişaf etmiş hesab olunan ölkələrdə nələr baş verir.

Çin

Çinin pensiya sisteminin son dərəcə zəif inkişaf etdiyini çox az adam bilir.

Az-çox layiqli pensiya yalnız məmurlara, bir az daha az-uzun illər böyük sənaye müəssisələrində işləyən vətəndaşlara verilir.

Kəndlərdə əməklə məşğul olan kənd sakinləri, eləcə də şəxsi bizneslə məşğul olan insanlar yalnız minimum faydaya ümid  edə bilərlər. Ölkədə orta hesablaayda təxminən 55 – 77 dollar təşkil edir.

Üstəlik, bu sonuncu rəqəm yalnız 15 il əvvəl təqdim edilib.

Vyetnam

Vyetnam sovet modelinə uyğun pensiya sistemi qurmağa çalışsa da, bu, Çin versiyasına daha yaxın olub.

Ölkədə orta pensiya ayda təxminən 110 dollara yaxın təşkil edir, lakin bu, yalnız məmurlar və sənayedə işləyən insanlar üçün mövcuddur.

Əgər şəxs bütün həyatı boyu kənd təsərrüfatı ilə və ya bizneslə məşğul olubsa, deməli, onun yaşa görə müavinət almaq hüququ yoxdur.

Tailand

“Kurortlar, dalğalar və gülüşlər ölkəsində” universal pensiyalar cəmi 26 il əvvəl yaranıb. Əvvəllər yalnız məmurlar və dövlət qurumlarında çalışan şəxslər qocalıqda pul ala bilirdilər.

Lakin 1998-ci ildə hakimiyyət məcburi pensiya vergisi haqqında qanun qəbul edib, ona görə gəlirin 3 faizi bütün işəgötürənlər tərəfindən mərkəzləşdirilmiş pensiya fonduna köçürülür.

Düzdür, bu kifayət etməyib və hökumət pensiyaları dövlət büdcəsindən əlavə olaraq maliyyələşdirməyə məcbur olub. Eyni zamanda, ölkədə pensiyalar yalnız rəsmi işi olanlara verilir - və bu, işləyən əhalinin yalnız 50 faizini təşkil edir.

Qeyri-rəsmi işləyən insanların əhəmiyyətli bir hissəsi yalnız ayda təxminən 17-22 dollar minimum fayda əldə edə bilər.

Hindistan

İqtisadi yüksəliş yaşayan ölkədə belə hesab olunur ki, yaşlılara qayğı onların qohumlarının üzərinə düşür. Hindistanda yalnız bir dövlət pensiya fondu var, ondan pensiyalar yalnız məmurlara və hərbi qulluqçulara ödənilir.

Eyni zamanda, bu ödənişlərin məbləğlərində yayılma demək olar ki, on dəfədir - bəziləri ayda təqxminən 165 dollar, digərləri isə yalnız təxminən 17 dolla alır. Bir neçə dini fond da var, lakin onlar əsasən çox yoxsullara dəstək verirlər və onların ödənişləri sistematik deyil. Hindistan hökuməti bir neçə dəfə dövlət pensiya sistemində islahatlar aparmağa cəhd edib. Ancaq indiyə qədər cəhdlər nəticə verməyib.

Pakistan

Burada daha da irəli gedərək, yaşlı qohumlara qayğı göstərmək məsuliyyətini qanunvericilik səviyyəsinə çatdırıblar. Yaşlı valideynlərinizi saxlamaqdan imtina etmək bu ölkədə cinayət sayılır. Pensiyalara gəlincə, onlar da yalnız məmurlara, hərbi qulluqçulara və "strateji sahələrdə işləyən" vətəndaşlara aiddir - bu gün bu, mədənçilikdir.

Bu ölkələrdə təkcə pensiyaların olmadığını, həm də pensiya ayırmalarının olmadığını başa düşmək vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21897
avatar

Oxşar yazılar