Dünyanın  ən uzun dırnaqlı   qadını öldü
20 dekabr 2023 19:27 (UTC +04:00)

Dünyanın ən uzun dırnaqlı qadını öldü

Dünyanın ən uzun dırnaqlı qadını vəfat edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Yuta ştatında yaşayan 83 yaşlı Li Redmond adlı qadın ölüb. Ölümün səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, o, 2003-cü ildə ən uzun dırnaqlara görə dünya rekorduna imza atıb. Məlumdur ki, amerikalı qadın onları 1979-cu ildən kəsmirdi və 2003-cü ilə qədər dırnaqların ümumi uzunluğu 7 m 51,3 santimetrə çatırdı.

Li Redmondun dırnaqlarının uzunluğu 2008-ci ildə 8,65 metrə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4692
avatar

Arzu Qurbanlı

Oxşar yazılar