İyulun 4-də dünya temperaturu yenidən rekorda imza atıb.
İyulun 4-ü qlobal orta temperaturun 17,18 dərəcə olduğu tarixdə ən isti gün olub, iyulun 3-də isə temperatur rekordu 24 saat ərzində yenidən qırılıb.
Lent.az xarici KİV- ə istinadən xəbər verir ki, Dünya Meteorologiya Təşkilatı da temperatur artımlarının sürətlənə biləcəyini açıqlayıb.
İqlim dəyişikliyinin insan fəaliyyətinin yaratdığı təsirlərin güclənməsi ilə birlikdə alimlər xəbərdarlıq edir ki, xüsusilə önümüzdəki 6 həftə ərzində temperatur rekordları yenidən müşahidə oluna bilər.
Qlobal orta temperatur daha əvvəl 2016-cı ilin avqustunda 16,9 dərəcə Selsi səviyyəsində ölçülüb.