Baş prokuror Kamran Əliyev daha 3 rayona yeni prokurorlar təyin edib.
Lent.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər prokurorunun müavini Elnur Cəfərov tutduğu vəzifədən azad edilərək, Ağsu rayon prokuroru vəzifəsinə təyinat alıb.
Ağsu rayon prokuroru Rəşad Mansurov tutduğu vəzifədən azad olunaraq, Salyan rayon prokuroru vəzifəsinə təyin edilib.
Həmçinin baş prokurorun digər əmrilə Baş Prokuror yanında Korruspiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Kərimov vəzifəsindən azad edilib. O, Oğuz rayonuna prokuror təyin edilib.
Faktı Baş Prokurorluğun mətbuat xidməti Lent.az-a təsdiqləyib.