Sentyabrın 1-dən iri ticarət mərkəzlərində COVID-19 pasportlarını sahibkarlar yoxlayacaq.
Lent.az xəbər verir ki, bu sözləri Operativ Qərargahın bu gün keçirilən brifinqdə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib. Onun sözlərinə görə, heç bir iri ticarət mərkəzi və ya mehmanxana qarşısında polis əməkdaşları xidmət aparmayacaq.
Onun sözlərinə görə, yoxlamalar yalnız həmin obyektlərin sahibləri tərəfindən personal hesabına keçiriləcək. Elşad Hacıyev bəzi hallarda həmin obyektlərdə polislərin də iştirakı ilə monitorinqlər aparılacağını qeyd edib.