Alimlər COVID-19-a qarşı peyvəndin miqrenləri pisləşdirə biləcəyini aşkar ediblər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, COVID-19-a qarşı peyvənd miqrenin tezliyinə və intensivliyinə az təsir göstərir.
Tədqiqatda baş ağrıları və miqrenlərdən müalicə alan 550 İspaniyalı böyüklər iştirak edib. Onların 44,9 faizi əvvəllər COVID-19 xəstəliyinə tutulduğunu, 83,3 faizi isə peyvənd olunduğunu bildirib. Koronavirusa yoluxanlar arasında 24,7 faiz miqren tutma tezliyində artım müşahidə olunub.
Qeyd olunur ki, koronavirusa yoluxanlar miqrenin daha tez-tez baş verəcəyindən 2,5 dəfə daha çox narahat olurlar. Peyvənd olunmuş xəstələr eyni səbəbdən 17,3 dəfə daha çox stress keçiriblər. Alimlər bununla da COVID-19 peyvəndləri miqrenə minimal təsir göstərdiyini sübut ediblər.