Bu gün Bakının iki rayonunun qazı kəsiləcək
06 mart 2025 09:12 (UTC +04:00)

Bu gün Bakının iki rayonunun qazı kəsiləcək

Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Lent.az xəbər verir ki, bununla bağlı “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Suraxanı rayonunun Hövsan qəsəbəsi, O.Şabanov küçəsində qaz sayğaclarının giriş hissələrinin yığılması məqsədilə martın 6-sı saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonu üzrə Mirzəağa Əliyev, Süleyman Ələsgərov, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli küçələrinin, Suraxanı rayonu üzrə isə Hövsan qəsəbəsi, O.Şabanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 902

Oxşar yazılar