Görüləcək təmir-bərpa işləri ilə əlaqədar paytaxtın bir çox ərazilərinin iyunun 7-i saat 10:00-dən etibarən Bakının altı rayonunun qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Xəzər rayonunun (Nəsimi, Sabir, Xəqani, Vaqif Mirzəyev küçələri, Binə qəsəbəsinin Binə sovxozu, Mehriban qonşular və Gürcüstanlılar yaşayış massivləri, 23 qeyri-yaşayış sahəsi), Binəqədi rayonunun (Biləcəri qəsəbəsi, Mərəzə məhəlləsi, Natavan, Nəsimi, Ə.Qasımov, Y.Huseynov və R.İsmayılov küçələri), Nəsimi rayonunun (A.Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, R.Məmmədov, Moskva prospekti ərazilərində küçələrində), Yasamal rayonunun (“Main” MTK-da), Qaradağ rayonunun (Korgöz, Şonqar, AZNS, Qızıldaş qəsəbələri) Sabunçu rayonunun (H.Cavid, Axundzadə, Ə.Cəfərov, Araslı, Sülh, A.Pəri, H.Balakişiyev, N.İsmayılov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.