Böyükşor bulvarını su basıb.
Lent.az xəbər verir ki, ərazidə yerləşən səkilər, ayaqyolu və digər tikililəri su ilə dolub.
Məlumata görə, çirkab suların haradan gəldiyi məlum deyil. Bir müddətdir tikililərin su altında qalmasına baxmayaraq aidiyyəti qurumlar məsələ ilə maraqlanmırlar.
Lent.az qeyd olunan ərazidən çəkilən görüntüləri təqdim edir: