Boşanmadan sonra əmlak necə bölünür? - CAVAB
14 dekabr 2023 13:17 (UTC +04:00)

Boşanmadan sonra əmlak necə bölünür? - CAVAB

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu boşanmadan sonra əmlakın bölünməsiylə bağlıdır.

Maraqlıdır, görəsən, boşanmadan sonra əmlak necə bölünür? 

Lent.az xəbər verir ki, nikah dövründə ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Onu da qeyd edək ki, kredit idarələrində tərəflərdən hər birinin adına qoyulan əmanət onların şəxsi mülkiyyəti sayılır və ümumi əmlak kimi bölünmür. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər.

Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8634
avatar

Arzu Qurbanlı

Oxşar yazılar