Birinci Qarabağ müharibəsi şəhidi Səbuhi Süleymanov Şəkidə dəfn olundu
05 iyun 2024 18:35 (UTC +04:00)

Birinci Qarabağ müharibəsi şəhidi Səbuhi Süleymanov Şəkidə dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra kimliyi müəyyən edilən daha bir şəhidimiz Səbuhi Yamən oğlu Süleymanov öz doğma kəndində torpağa tapşırılıb.

Lent.az xəbər verir ki, şəhidlə vida mərasimində doğmaları, rayon rəhbərliyi, din xadimləri, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhid Səbuhi Süleymanov Şəkinin Cəfərabad kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Səbuhi Süleymanov 1972-ci il martın 9-da Şəkinin Cəfərəbad kəndində anadan olub. O, 1992-ci il dekabr ayının 25-də Ağdərə rayonunun Qozlu kəndi istiqamətindəki döyüşlərdə itkin düşmüş hesab olunurdu. Səbuhi Süleymanov naməlum şəhid kimi Tərtər şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2718
avatar

Oxşar yazılar