Baş prokuror onları Azərbaycana dəvət etdi
25 iyul 2024 16:40 (UTC +04:00)

Baş prokuror onları Azərbaycana dəvət etdi

Xəbər verildiyi kimi, baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bişkek şəhərində işgüzar səfərdədir. 

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, iyulun 25-də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin baş prokurorlarının 22-ci iclası keçirilib. baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iclasın işində dialoq üzrə tərəfdaş qismində iştirak edib. 

Qırğızıstanın prezidenti Sadır Japarov video müraciətində tədbir iştirakçılarını salamlayaraq, iclasın işinə uğurlar arzulayıb. 

Tədbirdə çıxış edən baş prokuror milli prokurorluq orqanlarının rəqəmsallaşması və bu sahədə aparılan islahatlara toxunaraq, müasir tələblərə cavab verən “Elektron prokurorluq informasiya sistemi"nin fəaliyyəti barədə məlumat verib, müasir cinayətkarlıqla mübarizədə yüksək texnologiyalardan istifadənin vacibliyini vurğulayıb.

Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un, cari ilin 29 sentyabr- 2 oktyabr tarixlərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının ölkəmizdə keçiriləcəyini bildirərək, həmkarlarını mötəbər tədbirdə iştiraka dəvət edib.  

Baş prokuror rusiyalı həmkarı İqor Krasnov və Çinin baş prokuroru Ying Yong ilə görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.

İclasda ölkəmizin Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov da iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1092
avatar

Oxşar yazılar