29 avqust saat 6:00-dan etibarən Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, kənar dairəvi yol ilə hərəkətdə olan nəqliyyat vasitələri şəhərin mərkəzinə doğru yalnız Yeni Yasamal ərazisinə daxil olmaqla hərəkət edə bilərlər.
Qeyd edilib ki, Badamdar şossesindən üzü mərkəz istiqamətinə hərəkət isə sərbəst olacaq.