Bakının Nəsimi rayonunda içməli suyun verilməsində fasilə yaranıb.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Lent.az-averilən məlumata görə, yaranan məhdudiyyət magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədardır. Bu səbəblə iyunun 14-də Nəsimi rayonu 1-5-ci mikrorayonlara içməli su verilməsində məhdudiyyətlər yaranıb. Hazırda qəzanın aradan qaldırılması işləri davam etdirilir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.