Bakının bu küçələrində hərəkət DAYANDIRILIR
26 noyabr 2021 16:25 (UTC +04:00)

Bakının bu küçələrində hərəkət DAYANDIRILIR

Noyabrın 27-i saat 8:00-dan 28 noyabr saat 18:00-a kimi Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektində və Nəsimi rayonu, Rəşid Məmmədov küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, məhdudlaşdırma adı çəkilən ərazilərdə aparılacaq təmir işləri ilə əlaqədardır.

Qeyd olunan müddət ərzində ərazidə sıxlığın və tıxacın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

# 1917
avatar

Oxşar yazılar