Bakıda şagirdləri döyən direktorun  CƏZASI AÇIQLANDI
11 yanvar 2022 12:09 (UTC +04:00)

Bakıda şagirdləri döyən direktorun CƏZASI AÇIQLANDI

Bakı şəhəri 9 saylı tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılan araşdırmanın nəticələri açıqlanıb.

Lent.az-a idarədən verilən məlumata görə, məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini pozduğunu nəzərə alaraq əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Qeyd edək ki, yanvarın 7-də Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri də məktəbdə olub, məktəb direktoru tərəfindən uyğunsuz davranış sərgilənmiş şagirdlər və məktəb rəhbərliyi ilə söhbət aparılıb.

Məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2964
avatar

Oxşar yazılar