Bakıda müəllim və şagirdlərin SAYI
21 dekabr 2021 10:04 (UTC +04:00)

Bakıda müəllim və şagirdlərin SAYI

Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb və 5  Uşaq-Gənclər İnkişaf  Mərkəzi fəaliyyət göstərir.

Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 467 722 şagirdin təlim-tərbiyəsi ilə 28 226 müəllim məşğul olur. 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 46 479, IX siniflərində 35 452, XI siniflərində 23 677, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 134 nəfər təhsil alır.
 

# 1155
avatar

Aytəkin Cəlali

Oxşar yazılar