Bakıda bu həftə 2 uşaq küçəyə atılıb.
Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata əsasən, hadisələrdən biri Sabunçu rayonu ərazisində qeydə alınıb. Ana 6 yaşlı oğlunu rayon Polis İdarəsinin bölmələrindən birinin qarşısına ataraq, naməlum istiqamətdə gedib.
Digər hadisə isə Yasamal rayonu ərazisində baş verib. Burada isə nənə 7 yaşlı oğlan nəvəsini “Space TV”nin yaxınlığındakı parkda tərk edib.
Hadisələrin səbəbi məlum deyil. Ancaq məlumata görə, Sabunçuda tərk edilən 6 yaşlı oğlanın anası elektron qolbaq taxmaqla şərti olaraq həbsdədir.