Azərbaycanlı tələbə beş Avropa ölkəsinin mətbuatında Qarabağ mədəniyyətinə dair çıxış edib
23 iyul 2024 18:27 (UTC +04:00)

Azərbaycanlı tələbə beş Avropa ölkəsinin mətbuatında Qarabağ mədəniyyətinə dair çıxış edib

Avropanın aparıcı ölkələrinə aid media orqanlarında zəngin Qarabağ mədəniyyətinin müxtəlif aspektlərini əks etdirən təbliğat xarakterli yazılar dərc edilib.

Lent.az xəbər verir ki, İngiltərə, Bolqarıstan, Çexiya, Gürcüstan və Avstriya mətbuatında Qarabağın dünya miqyaslı arxeoloji abidələri, məşhur muzeyləri bəzəyən xalçaları, ləziz kulinariyası haqqında məqalələr yayımlanıb.

Məqalələrdən biri UNESCO irsi sayılan muğamın Qarabağda tarixi, yerli xanəndələri, Azərbaycan və ümumilikdə İslam dünyasının mədəniyyət paytaxtı sayılan müasir Şuşada keçirilən “Xarı bülbül” festivalı və digər məqamlara həsr edilib. Məqalələrdə, həmçinin, Qarabağda uzun illər işğal altında qalan tarixi-memarlıq abidələri, talan edilən mədəniyyət müəssisələri barəsində də məlumat verilib.

Məqalələrdə Azərbaycanın rəsmi qurumları – Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi məlumatlarına istinad olunub.

Yazılar İngiltərənin “Thebestmagazine” saytında, Bolqarıstanın “Zemya” qəzetində, Çexiyanın populyar “Prague morning” saytında, Avstriyanın “Avusturya günlügü” xəbər saytında və Gürcüstanın 3 dildə yayımlanan “Newsday” saytında dərc edilib.

Qeyd edək ki, məqalələr Mədəniyyət Nazirliyinin maliyyə dəstəyilə Tərəfsiz (Parlament) Jurnalistlər Birliyi tərəfindən icra olunan “Qarabağın və Zəngəzurun zəngin mədəni irsinin beynəlxalq və yerli mediada təbliği” çərçivəsində hazırlanıb.

Məqalələrin müəllifi Budapeşt Biznes Universitetinin birinci kurs tələbəsi Tuncay Eyvazlıdır.

Yazılarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:

https://thebestmagazine.uk/2024/07/11/garabagh-cuisine-its-more-than-just-tasty-dishes/

https://praguemorning.cz/garabagh-is-the-home-of-the-worlds-oldest-carpet/

https://zemya.bg/ пътепис-уникалните-килими-от-град-шуш/

https://newsday.ge/index.php?m=31&cat_id=130&news_id=45520&lng=eng

https://avusturyagunlugu.com/haber/20897435/garabagh-is-the-home-of-the-worlds-oldest-carpet

https://thebestmagazine.uk/2024/07/16/garabagh-is-the-home-of-the-worlds-oldest-carpet/

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557
avatar

Oxşar yazılar