Azərbaycanda yeni nazir  təyin olundu
21 may 2025 10:34 (UTC +04:00)

Azərbaycanda yeni nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasına (MR) yeni Kənd Təsərrüfatı naziri təyin edilib.

Lent.az manset.az-a istinadla xəbər verir ki, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini, sədr vəzifəsini icra edən Bəxtiyar Məmmədovun müvafiq əmri ilə Rafael Quliyev Naxçıvanın Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilib.

R.Quliyev bu təyinata qədər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədr müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Naxçıvan MR-in Kənd Təsərrüfatı nazirinin müavini, nazir vəzifəsini icra edən Xəyalə Dadaşova idi. O, nazir müavini vəzifəsini icra etməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1162

Oxşar yazılar