Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 555 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 621 234 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 605 561 nəfər müalicə olunaraq sağalıb, 8 445 nəfər vəfat edib, aktiv xəstə sayı 7 228 nəfərdir.
Ölkədə son sutka ərzində 9 395, hazırkı dövrədək isə 5 943 023 test aparılıb.