Azərbaycanda ilin tələbəsi uğurlu yolundan Lent.az-a danışdı
05 iyul 2023 18:01 (UTC +04:00)

Azərbaycanda ilin tələbəsi uğurlu yolundan Lent.az-a danışdı

Xəbər verdiyimiz kimi, Tibb Universitetinin məzunu Səbinə Feyzullayeva ölkə üzrə 2023-cü ilin tələbəsi seçilib.

Səbinə Lent.az-a açıqlamasında uğurlarının sirlərini bölüşüb:

“Mən həmişə uğura gedən yolun əzm və çox çalışmaqla qazanılacağına inanmışam. Bu ideyaya sadiq qala bilmək üçün əlimdən gələni etmişəm. Bu gün Azərərbaycan Tibb Universitetindən məzun olaraq həkim adını qazanıram. 6 il bir göz qırpımında keçdi deyə bilməyəcəyəm, çünki bu illər ərzində çəkdiyim əziyyəti, keçirdiyim həyacanı, yuxusuz gecələri nəzərə almasam olmaz. Lakin onu əminliklə deyə bilərəm ki, bu zaman ərzində bir ömür unutmayacağım təcrübələr əldə etdim, dostluqlar qazandım, dəyərli müəllimlərimdən dərslər aldım.

İşləmək üçün Almaniyanı seçmişəm, təkliflər də var. Qarşıda uzun mərhələ var, imtahan verməliyəm. Daha sonra işləmək üçün icazə alınmalıdır. Lakin mən iki il ardıcıl təqaüd proqramı ilə Almaniyada olmuşam. İllərdir orada olan xəstəxanalarla əlaqədə olduğum üçün Almaniyanı seçdim".

Qeyd edək ki, Gənc xanım 4 yaşında səlis oxumağı və yazmağı bacarıb, 5 yaşında isə artıq ingilis dilini öyrənməyə başlamışdı. O, 6 il öncə Sumqayıtda Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirib.

Qəbul imtahanında Səbinə 690 bal toplayaraq Azərbaycan Tibb Universitetini (ATU) seçib və Prezident təqaüdçüsü olub. Təhsil aldığı 6 il ərzində ən yüksək akademik göstəricilərlə Prezident təqaüdçüsü statusunu özündə saxlayıb.

Səbinə Feyzullayeva bu il 98,21 balla universiteti bitirib. O, iş və təhsil karyerasını Almaniyada davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3612
avatar

Xədicə Novruzova

Oxşar yazılar