Ət dükanında reyd
17 yanvar 2022 16:10 (UTC +04:00)

Ət dükanında reyd

Azərbaycanda ət dükanlarında REYD

Şəkidə heyvan kəsimi məntəqələrində reydlər keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən məlumata görə, Agentlik müfəttişlərinin yerli icra orqanlarının əməkdaşları ilə birgə Şəki şəhərində keçirdiyi reyd zamanı Hüseynov Eldar Ələfsər oğlu, Mustafayev Arif Məmmədəmin oğluna məxsus məntəqələrdə baytarlıq ekspertizasından keçmədən qanunsuz heyvan kəsiminin və ət satışının həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş faktla bağlı məntəqə sahibləri barəsində inzibati protokol tərtib edilib.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2376
avatar

Oxşar yazılar