Azərbaycanda bu yolları buz bağladı: -20 dərəcə şaxta
23 dekabr 2021 10:40 (UTC +04:00)

Azərbaycanda bu yolları buz bağladı: -20 dərəcə şaxta

Respublika əhəmiyyətli yolların vəziyyəti açıqlanıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, yollardakı vəziyyət aşağıdakı kimidir:

1. Əhmədbəyli-Füzuli-Şuşa “ZƏFƏR” yolu 
Yağıntı yoxdur, 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

2. Toğanalı-Kəlbəcər-İstisu yolu 
Yağıntı yoxdur, yolun Murovdağdan keçən hissəsində 21.12.21 tarixdən gecə saatlarına qədər güclü qar yağmış, qarın hündürlüyü yoldan kənarlarda 30-35 sm təşkil edir. 16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlmişdir. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilmiş, qum-duz səpilmişdir. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

3. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi 
Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. 3-4 dərəcə şaxta var. 22.12.21 tarixdə Xınalıq yolunda 10-12 sm qar yağmış, yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda qeyd olunan ərazidə külək var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

4. Giləzi - Xızı 
Qar yağır, 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

5. Bakı - Qobustan 
Abşeron rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

6. Qobustan - Şamaxı - Muğanlı 
Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

7. Muğanlı - Ağsu - Yevlax 
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

8. Bakı - Ələt - Hacıqabul 
Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

9. Hacıqabul - Ucar - Yevlax 
Yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

10. Yevlax - Gəncə - Qazax - Gürcüstan ilə dövlət sərhədi 
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

11. Muğanlı - İsmayıllı 
Yağıntı yoxdur, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

12. İsmayıllı - Qəbələ - Oğuz- Şəki 
İsmayıllı və Qəbələ rayonları ərazisində axşam saatlarında 6-8 sm qar yağmış, yolda qar yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

13. Şəki - Qax - Zaqatala - Gürcüstan ilə dövlət sərhəd 
Marşrut boyu yağıntı yoxdur, 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

14. Yevlax - Şəki (Göybulaq) 
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

15. Gəncə - Daşkəsən - Xoşbulaq 
Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Şaxta 12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. 

16. Şəmkir - Gədəbəy 
Yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

17. Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi 

Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 

18. Masallı – Yardımlı 
Səhər saatlarından Yardımlı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

19. Lənkəran – Lerik 
Səhər saatlarından Lerik rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

20. Hacıqabul – Bəhramtəpə – Horadiz 
Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

# 3183
avatar

Mehman Nəbiyev

Oxşar yazılar