İnsanın immunçatışmazlığı virusuna (İİV) yoluxanların sayı artıb.
Lent.az-a bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Ötən il 15-49 yaş arası kişilərin 74,7, qadınların isə 25,3%-i olmaqla, ümumilikdə 971 nəfər İİV virusuna yoluxub.
Qeyd edək ki, 2023-cü ildə bu rəqəm 744, 2022-ci ildə isə 618 olub.