
Azərbaycana üç ölkədən bu məhsulların idxalı məhdudlaşdırıldı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyin (AQTA) daxil olan məlumata əsasən, İsveçin Smaland (Smaland), İraqın Səlahəddin (Salah ad-Din), Vyetnamın Sok Tranq (Soc Trang), Bak Lieu (Bac Lieu), Tiyen Gianq (Tien Giang) və Lonq An (Long An) inzibati ərazi vahidlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Agentlikdən Lent.az-a bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İsveçin Smaland, İraqın Səlahəddin, Vyetnamın Sok Tranq, Bak Lieu, Tiyen Gianq və Lonq An inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsveç, İraq və Vyetnamdan gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Oxşar yazılar

Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
26 fevral 2021 , 17:01
Koronavirus statistikası: 180 sağalma, 219 yoluxma, 4 ölüm
26 fevral 2021 , 15:47
“Azərsun Holdinq” Xocalı faciəsini yad edib - FOTO
26 fevral 2021 , 14:45
5 dərəcə şaxta olacaq - SABAHIN PROQNOZU
26 fevral 2021 , 13:24
Yenidən qar yağacaq -XƏBƏRDARLIQ
26 fevral 2021 , 13:20
Xocalı günü doğuldu, şəhid oldu - ANIM
26 fevral 2021 , 11:29
Xocalı soyqırımından 29 il ötür
26 fevral 2021 , 00:04
Əsirlikdən xilas olan dualar... - Səbuhi Məmmədli Laçından yazır
25 fevral 2021 , 18:51