Avtobusların "28 May"a girişi dayandırılır
19 iyun 2024 12:48 (UTC +04:00)

Avtobusların "28 May"a girişi dayandırılır

0

“28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısındakı ərazidə aparılan təmir işləri ilə əlaqədar Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan müntəzəm avtobus marşrutlarının hərəkət sxemləri müvəqqəti dəyişdirilir.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, dəyişikliyə əsasən, iyunun 20-dən 14 sayda avtobus marşrutunun dayanacaq məntəqələri dörd müxtəlif ərazidə təşkil edilir.

-     1, 46, 125 və H1 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi 28 May küçəsində (S.Vurğun bağı);  
-    21, 30, 32, 49 və 175 nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Dilarə Əliyeva küçəsində (S.Vurğun bağı); 
-    14 və 88A nömrəli avtobus marşrutlarının son dayanacaq məntəqəsi Füzuli küçəsində (Azadlıq prospekti ilə kəsişmədə)
-    4, 5 və 88 nömrəli avtobus marşrutlarının aralıq dayanacaq məntəqəsi Azadlıq prospektində (ADNSU-nun yanı) təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6046

Oxşar yazılar