Son 12 ayda dünyanın orta temperaturu rekord həddə çatıb.
Keçən ay tarixin ən isti iyun ayı olub və bu il dünyanın ən isti iyunu ola bilər.
Lent.az bildirir ki, bu barədə “Reuters” xəbər verir.
2023-cü ilin iyun ayından etibarən hər ay əvvəlki illərin müvafiq ayı ilə müqayisədə planetin ən isti ayı olub. Bu barədə Avropa İttifaqının İqlim Dəyişikliyi Xidməti “Copernicus”un (C3S) aylıq bülletenində deyilir.
Ən son məlumatlara görə, 2024-cü il rekordlar başlayandan bəri ən isti il kimi 2023-cü ili keçə bilər. Alimlər deyirlər ki, texnogen iqlim dəyişikliyi və təbii hava fenomeni El-Nino bu il temperaturu rekord həddə çatdırıb.
“Təxmin edirəm ki, 2024-cü ilin 2023-cü ili üstələməsi ehtimalı təxminən 95 faiz var ki, 1800-cü illərin ortalarında qlobal səth temperaturu qeydləri başlayandan bəri ən isti il olacaq”, - tədqiqatçı alim Zik Haysfater bildirib.
İqlim dəyişikliyi artıq 2024-cü ildə bütün dünyada fəlakətli nəticələrə gətirib çıxarıb
Ötən ay Məkkəyə həcc ziyarəti zamanı 1000-dən çox insan həddindən artıq istidən ölüb. Görünməmiş dərəcədə uzun isti dalğası yaşayan Hindistanın Yeni Dehli şəhərində və Yunanıstanda ölüm halları qeydə alınıb.
İstixana qazlarının yandırılması nəticəsində yaranan istixana qazı emissiyaları iqlim dəyişikliyinin əsas səbəbidir.
Qlobal istiləşmə ilə mübarizə aparmaq vədlərinə baxmayaraq, ölkələr indiyədək bu tullantıları kollektiv şəkildə azalda bilməyiblər və bu, temperaturun durmadan yüksəlməsinə səbəb olub.
Son 12 ayda dünyanın orta temperaturu belə bir dövr üçün rekord həddə çatıb. O, 1850-1900-cü illərdə sənayedən əvvəlki dövrdəi orta temperaturdan 1,64 dərəcə yüksək olub.