Çində bir ailə pula qənaət etmək üçün lüks otelə köçüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Henan əyalətinin Nanyang şəhərində səkkiz nəfərlik ailə üzvlərinin sözlərinə görə, onlar bütün ömürlərini bu oteldə keçirmək niyyətindədirlər. Çünki orada yaşamaq onlar üçün kirayə və ya ev sahibi olmaqdan daha ucuz və rahatdır.
Geniş qonaq otağı olan iki otaqlı oteldə qalmaları onlara gündə cəmi 140 dollara başa gəlir.
Ailə otağın qiymətinə daxil olan işıq, istilik, su və parkinqdən istifadə etməklə əslində oteldə qalarkən pula qənaət etdiklərini və həyatlarının xeyli rahatlaşdığını iddia edir.